Yüksəliş müsabiqəsi imtahan sualları 2023 | Dünya üzrə sual bloku

Sual 1

Tarixi “ipək yolu” ilə həyata keçirilən ticarətdə Çinə ixrac olunurdu:

  1. çay
  2. çini qablar
  3. ipək
  4. atlar
  5. kağız

Doğru cavab: atlar

Sual 2

Turizm mərkəzlərinin sahəvi əhəmiyyəti nəzərə alınmaqla məntiqi ardıcıllığı tamamlayın.

→ Yessentuki

→ Ölü dəniz

→ ?

  1. Qobustan kitabəsi
  2. İçərişəhər
  3. Naftalan
  4. Şəki xan sarayı
  5. Yanardağ

Doğru cavab: Naftalan

Sual 3

Dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi hansı okeanda yerləşir?

  1. Hind okeanında
  2. Şimal Buzlu okeanda
  3. Atlantik okeanda
  4. Cənub okeanında
  5. Sakit okeanda

Doğru cavab: Sakit okeanda

Sual 4

Hansı daha əvvəl baş vermişdir?

  1. SSRİ-nin dağılması
  2. “Ərəb baharı” prosesinin sona çatması
  3. İran İslam inqilabı
  4. İsrail-Fələstin münaqişəsinin başlaması
  5. Berlin divarının dağıdılması

Doğru cavab: İsrail-Fələstin münaqişəsinin başlaması

Sual 5

Dövlətçilik tarixi eramızdan əvvəl başlayır:

1)ABŞ-nin

2)Hindistanın

3)Çinin

4)Rusiyanın

  1. 2, 3
  2. 1, 2
  3. 1, 3
  4. 3, 4
  5. 2, 4

Doğru cavab: 2, 3

Sual 6

Anlayışlardan hansı orta əsr islam alimlərindən birinin adından götürülmüşdür?

  1. kompüter
  2. monitor
  3. alqoritm
  4. analoq
  5. proqram

Doğru cavab: alqoritm

Sual 7

Hansı daha uzunömürlü dövlət olmuşdur?

  1. Osmanlı İmperiyası
  2. Fransa İmperatorluğu
  3. Teymuri dövləti
  4. Rusiya İmperiyası
  5. Böyük Monqol İmperatorluğu

Doğru cavab: Osmanlı İmperiyası

Sual 8

Yazıçı və əsərlərin doğru göstərildiyi cavabı tapın.

  1. Heminquey – “Sofinin dünyası”
  2. Markes – “Hökmdar”
  3. Hüqo – “Qoca və dəniz”
  4. Şekspir – “Kerri bacı”
  5. Servantes – “Don Kixot”

Doğru cavab: Servantes – “Don Kixot”

Sual 9

Əsərlərdən hansı A. Çexova aiddir?

  1. “Şinel”
  2. “Hərb və sülh”
  3. “6 №-li palata”
  4. “Hacı Murad”
  5. “Baxçasaray fontanı”

Doğru cavab: “6 №-li palata”

Sual 10

Dünyanın ən böyük adası hansı ölkənin idarəçiliyindədir?

  1. Rusiyanın
  2. İspaniyanın
  3. Fransanın
  4. Danimarkanın
  5. Belçikanın

Doğru cavab: Danimarkanın

Sual 11

“Müharibə sənəti” əsərini yazmış qədim şərq mütəfəkkiri, hərbi strateq:

  1. Konfutsi
  2. Firdovsi
  3. Sun Tszı
  4. Budda
  5. Mao

Doğru cavab: Sun Tszı

Sual 12

Ən bolsulu çay şəbəkəsinə malik materik hansıdır?

  1. Antarktida
  2. Cənubi Amerika
  3. Avstraliya
  4. Afrika
  5. Avropa

Doğru cavab: Cənubi Amerika

Sual 13

Böyük coğrafi kəşfləri daha da asanlaşdırmışdır:

  1. Osmanlının süqutu
  2. gəmiçiliyin inkişafı
  3. mətbəənin icadı
  4. xristianlığın iki qola ayrılması
  5. otlaq sahələrinin azlığı

Doğru cavab: gəmiçiliyin inkişafı

Sual 14

“Oskar” mükafatı hansıdır?

  1. “Qızıl cəngavər”
  2. “Palma budağı”
  3. “Qızıl kəmər”
  4. “Qızıl qlobus”
  5. “Qızıl moruq”

Doğru cavab: “Qızıl cəngavər”

Sual 15

Dünyada müxtəlif səbəblərə görə ən çox qaçqın-miqrantlar hansı ölkələrdə cəmlənib?

  1. Nepalda və Somalidə
  2. ABŞ-də və Almaniyada
  3. Rusiyada və Yaponiyada
  4. Avstraliyada və Yeni Zelandiyada
  5. Qazaxıstanda və Monqolustanda

Doğru cavab: ABŞ-də və Almaniyada

Sual 16

Nobel mükafatına layiq görülənlər ən çox hansı ölkənin təmsilçiləri olmuşdur?

  1. ABŞ-nin
  2. Çinin
  3. İngiltərənin
  4. Fransanın
  5. Almaniyanın

Doğru cavab: ABŞ-nin

Sual 17

Hansı fantaziya janrında yazılmış ədəbiyyat nümunələrindəndir?

  1. “1984”
  2. “Nyu-York trilogiyası”
  3. “Quzuların səssizliyi”
  4. “Yüz ilin tənhalığı”
  5. “Üzüklərin hökmdarı”

Doğru cavab: “Üzüklərin hökmdarı”

Sual 18

Şəkildə hansı incəsənət nümunəsi əks olunmuşdur?

mozaika

  1. natürmort
  2. barelyef
  3. freska
  4. qraffiti
  5. mozaika

Doğru cavab: mozaika

Sual 19

Mövzusu yunan mifologiyasından götürülmüş film:

  1. “Troya”
  2. “Məğlubedilməz”
  3. “Patriot”
  4. “Kral Artur”
  5. “Günəşin imperiyası”

Doğru cavab: “Troya”

Sual 20

Hansı slavyan xalqıdır?

  1. macar
  2. avar
  3. rumın
  4. yunan
  5. bolqar

Doğru cavab: bolqar

Sual 21

Pərviz Müşərrəf hansı ölkəyə rəhbərlik etmişdir?

  1. Suriyaya
  2. İraqa
  3. Liviyaya
  4. Misirə
  5. Pakistana

Doğru cavab: Pakistana

Sual 22

Daha çox Günəş enerjisi potensialına malik ölkələr hansılardır?

  1. Finlandiya, İsveç
  2. BƏƏ, Əlcəzair
  3. Azərbaycan, Kanada
  4. Avstraliya, Norveç
  5. İslandiya, Səudiyyə Ərəbistanı

Doğru cavab: BƏƏ, Əlcəzair

Sual 23

Verilmiş ölkələrdən hansıların dövlət dili eynidir?

  1. İran – İraq
  2. İtaliya – Fransa
  3. Braziliya – Argentina
  4. Macarıstan – İsveçrə
  5. ABŞ – Avstraliya

Doğru cavab: ABŞ – Avstraliya

Sual 24

Avropada qurulan ilk universitet hansıdır?

  1. Boloniya
  2. Kembric
  3. Vyana
  4. Oksford
  5. Berlin

Doğru cavab: Boloniya

Sual 25

  1. Mandela hansına qarşı mübarizə aparmışdır?
  2. ABŞ müstəmləkəçiliyinə
  3. monarxiyaya
  4. irqi ayrı-seçkiliyə
  5. Fransa işğalına
  6. kapitalist sistemə

Doğru cavab: irqi ayrı-seçkiliyə

 

0 şərh